• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət başçısı: “Şirkətlərdə ixtisarlara yol verilməməlidir”

Dövlət başçısı: “Şirkətlərdə ixtisarlara yol verilməməlidir”
26.01.2016 13:42
"İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq”

"Sahibkarlığın inkişafı üçün böyük işlər görülüb. Ancaq yeni dövr yeni yanaşmalar tələb edir”.
 
APA-nın məlumatına görə, bu sözləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, sahibkarlığı inkişaf etdirmək, yerli istehsalı artırmaq üçün əlavə tədbirlər görülməlidir: "Ancaq istəyirəm, yerlərdə sahibkarlar problemləri dilə gətirsinlər ki, o problemlər həllini tapsın”.
 
Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır: "Belə olmasa, ölkəmizə 100 milyard xarici investisiya qoyulmazdı. Sadəcə, indi çalışmalıyıq ki, xarici investisiya qeyri-neft sektoruna cəlb edilsin. Eyni zamanda, Azərbaycanda ixracın təşviqi mexanizmini yaradırıq. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir”.
 
Prezidentin sözlərinə görə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var, çünki bəzi iş yerləri bağlanır: "Son 12 ildə 1 milyon 500 min iş yeri yaradılıb, 1 milyon iş yeri daimidir. Digər tərəfdən, Azərbaycan əhalisi artıb, bu il Azərbaycan əhalisi 9,7 milyon nəfərdir. Əhalinin artması inkişafın əlamətidir. Əhalinin artması üstünlükdür, eyni zamanda bizi daha fəal işləməyə çağırır. Mən əhalinin artmasına sevinirəm, ancaq infrastruktur, iş yerləri də buna uyğun artmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.
 
Dövlət başçısı hesab edir ki, vergi uçotu və statistikanın düzgün aparılması da vacibdir: "Deyə bilmərəm ki, bu istiqamətdə istədiyimizə nail olmuşuq.  Qüsurlar var, onlar aradan götürülməlidir və götürülür. 2016-cı il bu sahədə dönüş olmalı, maliyyə, uçot-statistika aparıcı ölkələrin səviyyəsinə uyğun olmalıdır. Biz harada nə işlər görüldüyünü, harada hansı məhsullar istehsal edildiyini dəqiq bilməliyik. Biz yerli istehsalı qorumalı, bununla bərabər inhisarçılığa yol verməməliyik. Mən daxili istehsalın artmasını, ixrac qabiliyyətli məhsulların istehsalını istəyirəm. Ancaq idxala süni maneələr qoysaq, azad rəqabət olmayacaq. İnkişaf üçün isə azad rəqabət vacibdir. İdxal qarşısında duran bütün süni maneələr aradan götürülməli, eyni zamanda daxili istehsal qorunmalıdır. Dövlət qurumları bu iki amili təmin etməyə çalışmalıdırlar”.
 
Prezident son 12 ildə 300 mehmanxana inşa olunduğuna diqqət çəkərək bildirib ki, ölkəyə turist axını təmin edilməlidir: "Elektron vizalar da burada önəmlidir”.
  
Dövlət başçısı deyib ki, turizmin inkişafı ilə bağlı xalçaçılıq da inkişaf etdirilməlidir: "Kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Bunun üçün onlar dəzgah və xammalla təmin olunmalıdır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox