Twitter-də yenilik

Twitter bir qrup istifadəçiyə reklamlı tweet-ləri göstərməyəcək.
Bu bilgi sosial şəbəkənin rəsmi bloqunda diqqətə yetirilir.
Məlumata görə, bundan ötrü ayrıca proqram əlavəsi hazırlanır.
Həmin əlavəylə twitter-də fəallıq göstərən və izləyici sayı çox olan istifadəçilərə sponsorlu tweet-lər göstərilməyəcək.
Sosial şəbəkə bu addım atmaqla həm fəal istifadəçiləri saxlamaq, həm də digər istifadəçiləri fəallığa həvəsləndirmək istəyir.
Twitter-in bu yolla tək gəlir qaynağı olan reklamları elə də riskə atmayacağı düşünülür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























