Bakıda daha bir yol bağlanır

Bakının mərkəzində daha bir yol bağlanır.
Nəqliyyatı İntrellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək "Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-i səhər saatlarından etibarən "İstiqlaliyyət” küçəsinin "Azərbaycan” prospekti ilə kəsişməsindən başlayaraq "Niyazi” küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.
Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























