• $
  • €
  • ₽
  • ₺
  • £

“Texnikabank”ın sədri: "Bunu onlardan soruşmaq lazımdır"

“Texnikabank”ın sədri: "Bunu onlardan soruşmaq lazımdır"
04.02.2016 10:59
Xəbər verdiyimiz kimi, fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

 Həmin tarixdən etibarən bankın əmanətçiləri narahatçılıq keçirir. 

ANN.Az bankın İdarə Heyətinin sədri Etibar Əliyevin "Yeni Müsavat” a verdiyi müsahibəni təqdim edir:

- Nə deyə bilərəm sizə? Heç bir qərarın əleyhinə deyiləm. Necə verilibsə, verilib.

- Prosedurlar həyata keçirilirmi?

- Heç bir təhvil-təslim prosesi yoxdur. Qaydalar var, onu həyata keçiririk.

- Bəs əmanətçilər gəlib-gedirmi?

- Heç kim gəlib-getmir. Hamı məlumatlıdır ki, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini zamanında ödəyəcək. Prosedurlar bitən kimi bir ay ərzində bu məsələ də yekunlaşacaq.

- Bankdan kredit alanlar necə, onlar öz kreditlərini harada ödəməlidilər?

- Kredit alanlar da ödəyəcək. Hər şey məlum olacaq, narahat olmayın. Zamanı gələndə bu məlumatları da verəcəyik.

- Bəzi banklar öz fəaliyyətini dayandırsa da, sonradan bərpa etdilər. "Texnikabank” üçün də eyni ssenari keçərli ola bilərmi?

- Onu Mərkəzi Bankın rəhbərliyindən soruşun. Mən Mərkəzi Bankın işinə qarışmıram. Bu gün bağlayıb, səhər açırsa, bunu onlardan soruşmaq lazımdır.

- Sizinlə bağlı da eyni ardıcıllıq ola bilər?

- Xeyr. Mənim elə bir fikrim yoxdur. Bağlandısa, bağlandı. Əgər bizə işləməyə imkan vermədilərsə, canları sağ olsun.

- Yeni bir bank qurub, fəaliyyətinizi bank sektorunda davam edə bilərsizmi?

- Həyat davam edir. Sabah nə olacağını bilmək mümkün deyil. Heç kim heç nədən sığortalanmayıb. Nəsə bir yenilik olsa, sizə xəbər verəcəm.

- Bankınıza böyük məbləğdə əmanət qoyan şəxslərin narahatçılığı da səslənir. Onlar pullarının batacağından nigarandırlar.

- Hər kəs əmanətini alacaq. Əgər orda sığortalanmayan əmanət varsa, bankın digər aktivləri hesabına özünün vəsaitlərini alacaqlar. Nədir o aktivlər? Bankın 200 milyondan çox kredit faktoru var. Zaman-zaman insanlar da kreditlərini bağlayırlar. Elə kreditlər var ki, onun zamanı bitməyib. Ona görə biz o kreditləri vaxtından qabaq tələb etmək imkanına malik deyilik. Amma depoziti istədiyi vaxt gəlib istəyir, səs-küy salır. Bank isə kreditorları qarşısında o hərəkəti edə bilmir. Çünki konkret müqavilə var. Onlar da zamanında, yavaş-yavaş kreditlərini bağlayırlar. Onun da hesabına bank öz öhdəliklərini yerinə yetirəcək. Sadəcə, bir az zaman lazımdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol