• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1-ə hazırlıqla bağlı yollar bağlanacaq

Formula 1-ə hazırlıqla bağlı yollar bağlanacaq
04.02.2016 16:41
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Modern.az xəbər verir ki, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar fevralın 4-ü Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq. Bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.

Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol