• $
  • €
  • ₽
  • ₺
  • £

“Reuters”: Azərbaycanın islahatlara ehtiyacı var

“Reuters”: Azərbaycanın islahatlara ehtiyacı var
04.02.2016 21:18
BVF-nin Bakı səfəri yalnız araşdırma məqsədi daşıyıb.

Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 3-də Azərbaycanı qiymət artımına, büdcə gəlirlərinə və manat məzənnəsinə mənfi təsir göstərmiş qlobal xam neft qiymətlərinin aşağı düşməsinə davam gətirmək üçün islahatlar aparmağa və öz iqtisadiyyatını şaxələndirməyə çağırıb.
 
Bu barədə ANN.Az APA-ya istinadən xəbər verir. 

"Reuters”agentliyinin məlumatında bildirilir ki, təxminən 10 milyon əhalisi olan bu Qafqaz ölkəsinin illik gəlirlərinin formalaşmasında neft və qaz ixracı önəmli rol oynayır. Neftin qiymətinin qəfil düşməsi manatın məzənnəsinin enməsinə və bundan əlavə, dövlət büdcəsinin üzərinə düşən təzyiqin artmasına səbəb olub.
 
"Azərbaycan 2015-ci ildə ümumdaxili məhsulun 3,3 faiz artımını nəzərdə tutsa da, 2014-cü ildə 2,8 faiz artımla müqayisədə yalnız 1,1 faizlik artıma nail olub. 
 
BVF-nin faktların tədqiqi missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin bəyanatında bildirilib ki, yaxın gələcəyin proqnozlaşdırılması, iqtisadi inkişaf və ödəniş balansının təzyiqlərinin dövlət orqanları üçün əsas çətinliklər kimi qalacağı ehtimal olunur.
 
Bununla belə, dövlət orqanları bu çətinliklərin öhdəsindən gəlmək üçün hazır vəziyyətdədir, bu şərtlə ki, onlar əlavə olaraq cavab tədbirlərini və Azərbaycanın mühüm ehtiyatlarını gücləndirsinlər".
 
Məlumatda qeyd olunur ki, əgər hökumət əvvəlki büdcədə neftin bir barelinin qiymətini 50 dollara nəzərdə tuturdusa, bu qiymət artıq 25 dollara endirilib. Bundan əlavə, əvvəlki 3,3 faizdən fərqli olaraq, 2016-cı il üçün illik inflyasiya normasına da yenidən baxılıb və bu göstərici maksimum 10-12 faiz səviyyəsində proqnozlaşdırılıb.
 
Ancaq bu və digər düzəlişlər parlament tərəfindən hələ təsdiqlənməyib.
 
"BVF bəyanatında bildirib ki, valyuta məzənnəsinin elastikliyinin təmin edilməsi üçün valyuta siyasətinin əsas prinsiplərinin möhkəmləndirilməsi, maliyyə sektorunun gücləndirilməsi və struktur islahatları vasitəsilə çoxillik vergi-büdcə konsolidasiya planının tərtib edilməsi Azərbaycanın həyata keçirdiyi siyasətin əsas prioritetləri sırasındadır.
 
BVF Azərbaycan hökumətinin layihənin səmərəliliyinə əlavə diqqət yetirməklə, 2016-cı ildə dövlət kapital qoyuluşunu daha sabit səviyyəyə qədər azaltmaq niyyətini dəstəkləyib.
 
Fond Bakıya səfərinin məhz araşdırma məqsədi daşıdığını və BVF-nin rəhbərliyi səviyyəsində müzakirənin aparılması ilə nəticələnməyəcəyini bildirib", - deyə "Reuters" yazır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol