• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda telefonlar ucuzlaşır?

Bakıda telefonlar ucuzlaşır?
09.02.2016 17:59
Bakıda telefonların qiymətində kəskin ucuzlaşma müşahidə olunmur.

Oxu.Az bu barədə Bakının məşhur telefon ticarəti ilə məşğul olan şirkətlərdən aldığı sorğunun nəticələrinə istinadən xəbər verir.

Belə ki, "Kontakt Home” şirkətindən bildiriblər ki, hazırda qiymətlərdə dəyişiklik olub:

"Qiymətlərdə dəyişiklik olub. Bəli, müəyyən telefonlarda ucuzlaşma var. Əsasən, bu "Samsung” və "iPhone”larda müşahidə edilir”.

Şirkətin rəsmisi qiymətlərin nə qədər enməsi ilə bağlı suala isə cavab vermək istəməyib:

"Təəssüflər olsun ki, biz hazırda qiymətlərin nə qədər enməsi ilə bağlı məlumat verə bilməyəcəyik. Hazırda qüvvədə olan qiymətlər barəsində saytımızdan tanış olmaq olar”.

"İrşad Elektronics” şirkətinin nümayəndəsi də qiymətlərdə dəyişiklik edildiyini bildirib:

"Bəzi modellərdə dəyişiklik edilib. Amma sırf konkret olaraq, hər bir model üçün qiymət dəyişikliyi təəssüf ki, yoxdur. Telefonun marka, modelindən asılı olaraq, qiymət dəyişikliyi olub”.

Şirkətin nümayəndəsi qiymətlərin nə qədər enməsi ilə bağlı suala isə bunları bildirib:

"Əgər siz qiymətlərin faizlə ifadəsində nə qədər endiyini bilmək istəyirsinizsə, bu barədə təəssüf ki, sizə məlumat verə bilməyəcəm”.

Şirkətin nümayəndəsi onu da əlavə edib ki, satışlar bu günə qədər necə idisə, hazırda da o cürdür. Bu gün də, məsələn, kifayət qədər satış olub.

"İntegral” şirkətindən isə qiymətlərin endirilməsi ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər.

Qeyd edək ki, adıçəkilən şirkətlərin rəsmi internet səhifəsində qiymətlər ilə tanış olduq. "İntegral” şirkəti "Samsung"” şirkətinə məxsus mobil telefonların bəzi modellərində qiymət dəyişikliyi etmişdi.

Amma digərlərində isə elə də ciddi qiymət ucuzlaşmasının şahidi olmadıq. Məsələn, adıçəkilən şirkət "Samsung Galaxy” (Grand Prime) qiymətini 299 manatdan 279 manata, "Samsung Galaxy” (Core Prime) qiymətini 249 manatdan 229 manata endirib.

Qeyd edək ki, bu gün mətbuatda ölkədə mobil telefonların qiymətinin kəskin ucuzlaşması barədə xəbərlər yer alıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol