• $
  • €
  • ₽
  • ₺
  • £

İMSİ üzvlərinə pulsuz stomatoloji xidmət göstərilib

İMSİ üzvlərinə pulsuz stomatoloji xidmət göstərilib
16.02.2016 17:55
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası qış aylarında fəaliyyətini davam etdirib.

 Kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri təkcə dekabr və yanvar aylarında 200 xəstəni müayinə və müalicə ediblər. Dekabr və yanvar aylarında Mobil Diş Klinikasının həkimləri həmçinin İMSİ (İnternat məzunlarının sosial inteqrasiyası) Gənclər Birliyinin üzvləri üçün pulsuz müayinə təşkil ediblər. Klinikanın həkimləri 67 nəfəri müayinədən keçirib və lazımı tədbirlər görülüb.

Qeyd edək ki, Azercell Telekom MMC bu klinikanın yaradılması layihəsini "Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə həyata keçirib. Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib və eyni zamanda ehtiyac olduğu tədqirdə müalicə alıblar.

Azərbaycandakı uşaq evlərinin 90 faizinin ayrıca stomatoloji kabineti olmadığını nəzərə alaraq "Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, respublikadakı bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstərib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol