• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Gürcüstan Ermənistanı seçdilər

İran və Gürcüstan Ermənistanı seçdilər
17.02.2016 11:06
Tehran və Tbilisi 200 milyon kubmetr İran qazının Gürcüstana tədarükünə dair danışıqlar aparır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) baş direktoru Əlireza Kameli bildirib.

Bununla yanaşı Kameli qeyd edib ki, qaz Ermənistan ərazisindən nəql ediləcək.

"Tehran və Tbilisi 200 milyon kubmetr İran qazının bu Qafqaz dövlətinə tədarükünə dair danışıqlar aparırlar”, - ŞANA agentliyi Kamelinin bu gün Tehranda İİR neft naziri Bijan Namdar Zanqane ilə Gürcüstanın energetika naziri Kaxaber Kaladze arasında baş tutan görüşdən sonra dediyi sözlərindən sitat gətirib.

"Gürcüstanın dövlət və özəl sektorunun müəssisələri İrandan qaz almaqda maraqlıdırlar”, - Kameli qeyd edib.

"Gürcüstana qaz tədarükünün İranın gələn il (mart ayının 21-də) başlanacağı gözlənilir”, - İran məmuru bildirib.

Onun sözlərinə görə, ilk müqavilə 7 ay müddətinə imzalanacaq və bu sahədə gələcək əməkdaşlıq üçün baza olacaq. O həmçinin "Gürcüstan qazın qonşu ölkənin ərazisindən nəql edilməsi üçün Ermənistandan icazə almalı olacaq. Əgər sazişin iqtisadi məqsəduyğunluğu təsdiqlənsə, gələcəkdə söhbət Gürcüstana qaz tədarükünə dair ortamüddətli və uzunmüddətli müqavilələrdən gedə bilər”, - Kameli sözünü yekunlaşdırıb.

Qeyd edək ki, İran qazını Gürcüstana həm Azərbaycan, həm də Ermənistan ərazisi vasitəsilə çatdırılacaq. Detallar Gürcüstanın energetika naziri Kaxaber Kaladzenin Tehrana səfəri zamanı müzakirə ediləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol