• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Azərbaycanın ən iri layihələrindən birini dayandırdı

SOCAR Azərbaycanın ən iri layihələrindən birini dayandırdı
19.02.2016 10:12
SOCAR dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkədə neft-kimya kompleksinin tikintisi layihəsinin icrasını dayandırıb, lakin istismar olunan neft emalı və kimya obyektlərinin modernləşdirilməsinə 1,3 mlrd. dollar xərcləmək niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters”ə verdiyi müsahibədə şirkətin vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Qeyd edək ki, SOCAR bundan əvvəl Bakıdan 60 km məsafədə yerləşən Sanqaçalda neft-kimya kompleksi tikməyi planlaşdırıb.

Yaponiyanın "Mitsui” və bir neçə digər xarici şirkətlərin maraq göstərdiyi layihəyə yatırılacaq investisiyaların həcmi əvvəlcə 17 mlrd. dollar məbləğində dəyərləndirilib. Lakin neft emalı zavodu layihədən çıxarıldıqdan sonra, onun dəyəri 8,5 mlrd. dollara enib.    

"Biz deyə bilərik ki, qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə fəal işlərin aparılması  müvəqqəti dayandırılıb”, – Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR "Mitsui” şirkətinin layihədə sərmayəçi və tərəfdaş qismində iştirakının davam etdirilməsinə dair hələ də danışıqlar aparır.   

Tofiq Qəhrəmanov neftin qiymətinin bərpa olunacağı təqdirdə, şirkətin qaz emalı və neft-kimya kompleksi layihəsinə təkrar qayıdacağını bildirib. O vaxtadək isə şirkət Bakı Neft Emalı zavodunun və "Azərkimya” şirkətinin obyektlərinin əsaslı təmirini həyata keçirmək niyyətindədir

"Bu layihənin dəyəri 1,3 mlrd. dollar təşkil edir və maliyyələşmə dövlət büdcəsi hesabına həyata keçirilir”, - Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bir neçə mərhələli layihə dörd il ərzində icra ediləcək və bu müddət ərzində zavodun fəaliyyətində fasilələr istisna edilmir.   

"Layihənin icrasından sonra neft emalı zavodunun gücü hazırkı 6 mln. tondan 7,5 mln. tonadək artacaq”, - o deyib.

Onun sözlərinə görə, rekonstruksiyadan sonra zavodda 7-8 yeni qurğu istismar ediləcək.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol