• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda İslam bankı yaradılacaq

Azərbaycanda İslam bankı yaradılacaq
19.02.2016 10:37
Azərbaycan özünün ilk müstəqil İslam bankçılığının əsasını qoymağa hazırlaşır.
 
Fins.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Qlobal Biznes Forumunda İslam bankçılığı üzə mütəxəssis Behnam Qurbanzadə məlumat verib.

Onun sözlərinə görə, söhbət ölkədə ayrıca İslam bankının yaradılmasından gedir. Layihə gələn ilin əvvəllərində reallaşa bilər: "Azərbaycan hökuməti faizsiz kredit verən maliyyə mərkəzinin yaradılması üçün lazımi hüquqi bazanın yaradılmasında irəliləyiş əldə edib. Vaxtilə Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı departamenti olub və bu baxımdan şəritə qaydalarına uyğun bankçılığın olduğu Qazaxıstan və Tacikistanla eyni sırada dayanıb.  Hazırda hökumət İslam bankının yaradılması ilə bağlı baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində olan İslam İnkişaf Bankı (İİB) ilə danışıqlar aparır”.

Onun sözlərinə görə, İİB-nin rəhbərliyi də Azərbaycanda İslam bankının olmasında maraqlıdır: "Bu bankın adı yaxın 2 ay ərzində məlum olacaq. Yeni bank filialsız fəaliyyət göstərəcək və xeyli müştəri cəlb etməyi qarşısına hədəf qoyub”.  

Behnam Qurbanzadə həmçinin qeyd edib ki, Azərbaycanda bank sektorunun qarşılaşdığı maliyyə çətinlikləri ilə əlaqədar hökumət alternativ maliyyə mənbələrinin formalaşdırılmasında maraqlıdır: "Bu gün bazarlar daha uzunmüddətli maliyyələşmələrə ehtiyac duyur. Bank sektoru təkcə borclara və kreditlərə deyil, yatırımlara və tərəfdaşlıqlara əsaslanmalıdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol