• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yaşayış üçün əlverişli olan ilk 30 ölkə sırasında

Azərbaycan yaşayış üçün əlverişli olan ilk 30 ölkə sırasında
19.02.2016 15:38
Azərbaycan yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub.

 "Report" xəbər verir ki, "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələrdən irəlidədir.

Qeyd edək ki, yaşayış üçün əlverişlilik reytinqi dörd parametr - yerli alıcılıq qabiliyyətinin gücü, kiraye, ərzaq, istehlak qiymətlərinin indeksləri əsasında tərtib edilib.
Nəşr qeyd edir ki, Nyu Yorkla müqayisədə 50 ölkədə kirayə haqqı 70%, ərzaq indeksi 40%, istehlak mallarının qiymətləri və xidmət üçün qiymət isə 30% ucuzdur.
Reytinqdə 23-cü yeri tutmuş Azərbaycanda yerli alıcılıq qabiliyyəti indeksi Nyu-Yorkla müqayisədə 59,6% azdır. Amma kirayə indeksi 88,5%, ərzaq indeksi 74%, yerli mal və xidmətlər isə 69,3% aşağıdır.

"GoBankingRates" qeyd edir ki, ölkəmizin iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da vurğulanır. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkdakından 70% ucuz başa gəlir.

Qeyd edək ki, reytinqdə Ermənistan 42-ci yeri tutub. Gürcüstan 29-cu, Türkiyə 31-ci, Rusiya 39-cu olarkən İran heç 50 ölkəlik siyahıya düşməyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol