• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə dövlət standartı təsdiq edildi

Bir neçə dövlət standartı təsdiq edildi
19.02.2016 17:46

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə AZS 851–2016 "Brendi” və AZS 852-2016 "Tünd alkoqollu içkilər” dövlət standartları təsdiq edilib.

Komitədən ANN.Az-a verilən məlumata görə, AZS 851–2016 "Brendi” standartı brendilərə aiddir. Standarta görə brendi şəffaf, çöküntüsüz, kənar hissəciklərsiz, açıq qızılıdan qızılı çalarlı tünd-kəhrəbaya qədər və konkret brendiyə xas olan, kənar dadsız və iysiz olmalıdır. Brendidə etil spirtinin həcm payı yol verilən kənaraçıxmalar nəzərə alınmaqla 40%-dən az olmamalıdır və invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı, yol verilən kənaraçıxmalar nəzərə alınmaqla, ən coxu 20 q/dm3 olmalıdır. Habelə, brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanmalıdır. Markalanma zamanı brendinin yaşının "ulduzlar”la göstərilməsinə icazə verilir. Brendi 5oC-dən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85%-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düsməyən yerdə saxlanılmalıdır.

Məlumat üçün bildirək ki, brendi - üzüm sortlarından brendi istehsalı üçün alınan, şərab materialının fraksiyalı distillasiyası (qovulması) yolu ilə hazırlanan brendi distillatlarının ən azı 3 il palıd taxtalar ilə təmasda saxlanılması ilə alınan və etil spirtinin həcm payı ən azı 40% olan şərabçılıq məhsuludur.

AZS 852-2016 "Tünd alkoqollu içkilər” standartı rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir. Standarta əsasən xarici görünüşünə görə tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır. Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə hissəcikləri və digər əlavələr ola bilər. Orqanoleptik xüsusiyyətlərinə görə tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır. Həmçinin tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində brendi, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti isə 4 aydır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol