• $
  • €
  • ₽
  • ₺
  • £

​İngiltərə də devalvasiyaya başladı

​İngiltərə də devalvasiyaya başladı
22.02.2016 13:36
London bələdiyyəsinin sədri Boris Consonun (Boris Johnson) İngiltərənin Avropa İttifaqından (Aİ) çıxması üçün kampaniyaya başlayacağı haqqında açıqlamasından sonra funt sterlinq kəskin ucuzlaşıb.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər gələn açıqlamadan sonra funt sterlinq son 11 ayın ən sərt zəifləməsini yaşayıb və bir saat ərzində 1,45% azalaraq 1,44 USD/GBP səviyyəsindən 1,42 USD/GBP-yə enib.

Qeyd edək ki, B.Conson İngiltərənin ən populyar siyasətçilərindən biridir və onun iyun ayında ölkənin Aİ-də qalıb-qalmaması ilə bağlı keçiriləcək referenduma dəstək verməsi milli valyutaya ciddi təsir edib. Cümə günü İngiltərənin baş naziri Devid Kameronun (David Cameron) Brüsseldə Aİ-nin üzvlük şərtlərini qəbul edəcəyi istiqamətində verdiyi açıqlamalardan sonra funt sterlinq möhkəmlənsə də, bu gün qazandıqlarını itirib.

"Morgan Stanley" analitikləri B.Consonun populyarlığını nəzərə alaraq, onun fikirlərinin funt sterlinq üçün önəmli olacağını bildiriblər. Tokioda yerləşən "Mizuho Securities Co." investisiya şirkətinin baş valyuta təhlilçisi Kenqo Suzukiyə görə isə Aİ-dən çıxma ehtimalı real görünməsə də, yaranmış qeyri-müəyyənlik funt sterlinq üzərində gərginlik yaradacaq. O, qeyd edib ki, iqtisadi olaraq funt sterlinq üçün heç bir təhlükə olmasa da Aİ-dən çıxışın yaratdığı narahatlıq məzənnənin 1,40-1,50 USD/GBP diapazonunda qalmasına səbəb olacaq.

"Report"un analitik qrupu hesab edir ki, dünyanın müxtəlif ölkələri, o cümlədən İngiltərə öz milli valyutasını devalvasiya etmək üçün bu cür bəyanatlar verir. Mövcud qlobal iqtisadi şəraitdə devalvasiya müharibəsi davam edir. Bu səbəbdən dolların bundan sonra da möhkəmlənməsi, USD/EUR-un paritetə catacağı, funt sterlinqin məzənnəsinin 1,35-ə USD/GBP-yə düşəcəyi gözlənilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol