• $
  • €
  • ₽
  • ₺
  • £

Vergidən yayınan iki şirkətə cinayət işi açıldı

Vergidən yayınan iki şirkətə cinayət işi açıldı
22.02.2016 17:11
Vergidən yayınan iki şirkətə cinayət işi açılıb

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən "Bakı Elektriktökmə” ASC-də ümumilikdə külli miqdar təşkil edən 370 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.
 
Nazirlikdən verilən məlumata görə, istintaqla müəyyən edilib ki, "Bakı Elektriktökmə” ASC-nin 29.12.2005-17.09.2012-ci il tarixlərdə sədri vəzifəsində işləmiş Məmmədov Şamil Cəbrayıloviç Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.3-cü, 16.1.7-ci, 92-ci, 103.1-ci, 104-cü, 105.1-ci, 130.1-ci, 130.2-ci, 153-cü, 154-cü, 159-cu, 161-ci, 166-cı, 173-178-ci, 196-cı, 197-ci, 201-ci və 202-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 308,3 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.
 
"Departament tərəfindən 31 avqust 2015-ci il tarixdə Ş. Məmmədovun 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə, ittiham elan etmək mümkün olmadığından, həmin tarixdə Ş.Məmmədov barəsində Cinayət-Prosessual Məcəllənin 278-ci maddəsinə əsasən axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2016-cı il tarixdə Ş.Məmmədov Departamentin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub və elə həmin gün də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub”, - deyə məlumatda vurğulanıb.
 
Ş. Məmmədovun az ağır cinayət əməli törətdiyini, daimi yaşayış yerinin olduğunu, törətdiyi cinayət əməlinin xarakterini, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyini, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəsini könüllü olaraq dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, onun barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
 
Departament tərəfindən digər bir cinayət işi "ES Qrup Konstrakşn” MMC-də külli miqdar təşkil edən 70,6 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən başlanıb.
 
İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Səfərov Elçin Hüseyn oğlu cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunmuş məlumatları daxil etməklə cinayət əməli törədib.
 
Departament tərəfindən 7 dekabr 2015-ci il tarixdə E. Səfərovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb. Elə həmin tarixdə onun barəsində axtarış elan edilib.
 
11 fevral 2016-cı il tarixdə E. Səfərov Departamentin əməkdaşları tərəfindən tutularaq müvəqqəti saxlanılması üçün Yasamal  Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılmış icraat təzələnib və ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi  ilə ittiham elan olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol