• $
  • €
  • ₽
  • ₺
  • £

Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır
26.02.2016 23:18
Brent markalı neftin bir barrelinin qiyməti 37 dollara yaxınlaşır.

Neftin dünya bazarlarında qiyməti artmağa davam edir. ANS PRESS-in məlumatına görə, bu gün Nyu-York və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb.

Brent markalı neftin bir barrelinin qiyməti yanvar ayında ilk dəfə olaraq 37 dollara qalxıb. Fevralın 26-da Brent markalı neftin bir barrelinin qiyməti 36,80 dollar olub.

Neft qiymətinin qalxması üçün pozitiv amil keçən həftənin nəticəsinə görə ABŞ-da neft emalı məhsullarının ehtiyatlarının düşməsi haqqında məlumatlar olub.

Ötən gün dünya birjalarında neftin qiyməti həftənin son iş gününü bahalaşma ilə başa vurur. Dünya bazarlarında "Brent” markalı neftin bir bareli 35.28 dollar təşkil edib. "WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb.  Ötən səhər 32.00 dollar olan "Texas” markalı neftin bir barelinin qiyməti hazırda 33.17 dollar müəyyən olunub. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar bahalaşaraq 34,42 dollar təşkil edib.

Əlvan metalların qiymətində isə cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,79 dollar olub. Platinin 1 qramı 29.62 dollar, palladiumun 1 qramı isə 15.55 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

Qeyd edək ki, neftin qiyməti Rusiya - Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya miqyasında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol