• $
  • €
  • ₽
  • ₺
  • £

“Büdcədən böhran “iyi” gəlmir” - EKSPERT

“Büdcədən böhran “iyi” gəlmir” - EKSPERT
07.03.2016 12:35
Bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub.

Modern.az saytı xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu 2016-cı ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi barədə şərh verərkən deyib:

"2016-cı ilin əlavə və dəyişikliklərlə yeniləşdirilmiş büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Bu vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir. 
Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur”.

Q.İbadoğlu bildirib ki, 2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün də nəzərdə tutulub


"Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək ki, bu da bu il üçün cəmi büdcə xərclərinin 2,3 faizinə bərabərdir.

Göründüyü kimi bu ilin büdcəsindən heç də böhran büdcəsi "iyi" gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yeniləşmiş büdcədə nəzərə alınmayıb”.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol