• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Formula 1" yarışına ilk biletlərin satışı məntəqəsi açıldı

Bakıda "Formula 1" yarışına ilk biletlərin satışı məntəqəsi açıldı
08.03.2016 14:27
Azərbaycan vətəndaşları və burada məskunlaşmış xarici vətəndaşlara biletlər 20-40% endirimlə təklif olunur

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Park Bulvar" Ticarət Mərkəzində bu ilin yayında Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisi yarışına biletlərin satıldığı ilk məntəqənin açılışını edib.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, ticarət mərkəzinin birinci mərtəbəsində əsas giriş tərəfdə yerləşən məntəqə yarışa bilet almaq istəyənlərə həftənin hər günü, hələlik saat 10:00-dan 22:00-dək xidmət göstərəcək. Bu saatların gələcəkdə mövcud vəziyyətə görə dəyişdirilməsi nəzərdə tutulub. Bununla yanaşı, yaxın günlərdə əlavə bir neçə bilet satışı məntəqəsinin açılışı gözlənilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışı məntəqələrinin fəaliyyətə başlamasına belə münasibət bildirib: "Biz yerli "Formula 1" həvəskarlarına Avropa Qran-Prisinə bilet almanı asanlaşdırmaq üçün bu məntəqəni açdıq. Yerli tamaşaçılar onlar üçün təklif olunan imtiyazlı biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi vebsaytı vasitəsi ilə yanaşı buradan da əldə edə bilərlər. Məhdud sayda bilet var. Biz hamını bilet almağa dəvət edirik. Bu işdə tələssinlər, sonraya bilet qalmaya bilər”.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarına və Azərbaycanda məskunlaşmış xarici ölkə vətəndaşlarına biletlər 20-40%-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs imtiyazlı biletlərdən ən çoxu 4-nü ala bilər. İmtiyazlı biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar "Formula 1" yarışı ilə yanaşı keçirilən GP2 seriya yarışlarını izləmək və dənizkənarı bulvar ərazisində salınacaq "Formula 1" şəhərciyinə giriş imkanı əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol