• $
  • €
  • ₽
  • ₺
  • £

Əhali banklardan kredit almaqdan çəkinir

Əhali banklardan kredit almaqdan çəkinir
10.03.2016 23:37
Son bir ildə Azərbaycanda kredit götürmək üçün banklara müraciət edənlərin sayı bir neçə dəfə azalıb.

Fins.a-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) hesabatında bildirilir.

Hesabata əsasən, 2016-cı ilin yanvar ayında banklar tərəfindən MKR-ə cəmi 64 338 sorğu göndərilib. Ötən ilin yanvarında isə belə müraciətlərin sayı 322 947 idi.

Xatırladaq ki, banklar MKR-ə sorğunu müştərilər barədə kredit məlumatlarını öyrənmək üçün göndərirlər. Yəni, bankların MRK-ə göndərdiyi sorğuların sayı, əslində kredit üçün banka müraicət edənlərin sayını göstərir. Başqa sözlə, ötən ilin yanvarı ilə müqayisədə kredit üçün müraciət edənlərin sayında 5 qat azalma var.

Qeyd edək ki, dekabr ayında kredii üçün müraciətlər 154 minə yaxın idi. Bu mənada yanvar ayında kredit müraciətləri dekabr ayına nisbətən 2 dəfə azalıb. 

Aylar

Banklar tərəfindən MKR-ə göndərilən sorğular

Yanvar (2015)

322 947

Fevral

289 782

Mart

192 590

Aprel

196 763

May

233 754

İyun

228 617

İyul

252 143

Avqust

265 361

Sentyabr

231 862

Oktyabr

228 435

Noyabr

194 859

Dekabr

153 916

Yanvar (2016)

64 338

MRK-in məlumatlarına görə, yanvar ayı ərzində ilk dəfə kredit alan müştərilərin sayı son illər ərzində ən aşağı həddə düşüb. Belə ki, yanvar ayında cəmi 5074 nəfər fiziki şəxs kredit alıb. Bu göstərici əvvəlki aylarla müayisədə dəfələrlə aşağıdır. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında kredit alanların sayı 25 min nəfərdən artıq idi. Son aylar – noyabr-deyabrda kredit alanların sayı əvvəlki aylara nisbətən az olsa da, yenə də, 12-13 min ətrafında dəyişirdi. Yanvarda isə kredit alanların sayının 5 minə düşməsi kredit verilməsinə həm bankların, həm də müştərilərin ehtiyatla yanaşmasının səbəbidir.

Aylar

Kredit

götürən

yeni müştərilər

Yanvar(2015)

25 389

Fevral

24 359

Mart

22 030

Aprel

24 588

May

20 222

İyun

21 263

İyul

15 191

Avqust

15 734

Sentyabr

16 907

Oktyabr

13 686

Noyabr

13 014

Dekabr

12 807

Yanvar (2016)

5 074

Kredit götürənlərlə yanaşı, zaminlərin də sayında kəskin azalma var. MKR-in  məlumatlarına görə, yanvar ayında kredit götürən müştərilərə zamin dayananların sayı cəmi 551 nəfər olub. Qeyd edək ki, zaminlərin sayı müxtəlif aylarda müxtəlif səviyyədə olub. Bəzi aylarda bu rəqəm 5-6 min, müxtəlif vaxtlarda isə 12-25 min arasında dəyşib. Yanvarda qeydə alınan göstərici isə bu sahədə son illər müşahidə edilən ən aşağı göstəricidir. 

 

Yeni zaminlər

Yanvar (2015)

4 798

Fevral

6 019

Mart

19 852

Aprel

6 344

May

13 318

İyun

12 390

İyul

15 823

Avqust

1 618

Sentyabr

25 233

Oktyabr

10 802

Noyabr

10 077

Dekabr

10 948

Yanvar (2016)

551


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol