Daha bir yol təmir olunur

"Azəravtoyol” ASC Bakı şəhərinin Xətai rayonunda İlqar Zülfüqarov küçəsini təmir edir.
Küçənin uzunluğu 1 km, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçəboyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asflat-beton örtüyü qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə ikiqat olmaqla, təqribən 7 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək. Bu barədə "Report"a cəmiyyətdən məlumat verilib.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Bundan başqa, mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq. Təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Təmir işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Təmir işləri gedən müddət ərzində küçəboyu avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə hissə-hissə məhdudlaşdırılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















