• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mənzil kirayəsi ucuzlaşıb

Bakıda mənzil kirayəsi ucuzlaşıb
11.03.2016 16:23
Çoxotaqlı mənzillərdə fevralda qiymət azalması 4% olub

 Bu ilin fevral ayı ərzində Bakı şəhərinin kirayə mənzil bazarında təklif edilən birotaqlı mənzillərin orta təklif qiyməti 195 dollar/ay təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6% çoxdur.

"Report"un "MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən verdiyi xəbərə görə, ikiotaqlı mənzillərdə aylıq 2% azalma qeydə alınıb və 309 dollar/ay olub. Bakıda üçotaqlı kirayə mənzillərin aylıq qiyməti 420 dollar/ay təşkil edib ki, bu da öz növbəsində aylıq müqayisədə 1,2% bahadır. Ümumilikdə, çoxotaqlı mənzillərdə qeydə alınan qiymət azalmasını da nəzərə alaraq, aparılan araşdırmalar nəticəsində kirayə mənzil bazarında təklif edilən qiymətlərdə 4% azalma müşahidə edilib və qiymət 320 dollar/ay təşkil edib. 

Ümumilikdə, kirayə mənzil bazarında təklifin həcmi 9,4% artıb. Yanvar ayında təkliflərin ümumi sayı 305 olduğu halda, bu rəqəm fevralda 333 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 20% çoxalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal sayı 2015-ci ilin sentyabr ayında qeydə alınıb.

Ötən aylarda olduğu kimi, fevralda da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68,9% təşkil edib. Təklif üzrə ən az paya isə Xəzər və Suraxanı rayonları sahib olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol