• $
  • €
  • ₽
  • ₺
  • £

Manat möhkəmlənəcək - PROQNOZ

Manat möhkəmlənəcək - PROQNOZ
28.05.2020 23:29
AZN/USD məzənnəsində son 6 iş günündə 2,95% möhkəmlənmə qeydə alınıb

Azərbaycan manatının dollarla müqayisədə məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artımı qərarına qədər möhkəmlənəcəyi proqnozlaşdırılır. 

"Report" xəbər verir ki, martın 16-da keçirilən iclasda FES uçot dərəcələrini aprel və ya iyunda artıracağı siqnalını verib. Açıqlamalardan sonra qlobal maliyyə bazarlarında müsbət əhval-ruhiyyə yaranıb, dolların məzənnəsi isə demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə zəifləyib. 

"Report"un analitik qrupu qlobal maliyyə bazarlarında müsbət tendensiyanın FES-in faiz artımı qərarına qədər davam edəcəyini hesab edir. AZN/USD məzənnəsinin də FES-in aprel və ya iyun iclasına qədər neft qiymətlərinin artması fonunda möhkəmlənməsi gözlənilir. Qeyd edək ki, Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi martın 11-də maksimal həddə - 1,6456 çatdıqdan sonra manat möhkəmlənməyə başlayıb və bu gün, martın 19-na məzənnə 1,5971 AZN/USD təşkil edib. Bununla da AZN/USD məzənnəsində son 6 iş günündə 2,95% möhkəmlənmə qeydə alınıb.

"Report" hesab edir ki, manatın dollarla müqayisədə məzənnəsinin 1,45-1,50 diapazonuna qədər gerilədikdən sonra bu səviyyələrdə qalması və FES-in uçot dərəcələrini artırmasından sonra qlobal maliyyə bazarlarında dəyişiklikləri müşahidə edərək hərəkət etməsi proqnozlaşdırılır. FES-in monetar siyasəti dəyişdirdikdən sonra qlobal maliyyə bazarları dolların möhkəmlənməsi fonunda yenidən mənfi tendensiyaya geri dönə bilər. Belə olduğu halda manatın da yenidən ilin sonuna doğru zəifləyəcəyi və AZN/USD məzənnəsinin 1,70-1,75 səviyyəsinə yüksələcəyi istisna edilmir. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol