• $
  • €
  • ₽
  • ₺
  • £

Pulsuz göz müayinəsi - FOTO

Pulsuz göz müayinəsi - FOTO
29.03.2016 17:33
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

 Kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri bu dəfə Mərdəkan və Pirallahı qəsəbələrində yaşayan Rus icmasının nümayəndələri üçün pulsuz müayinələr aparıblar. Nəticədə 99 nəfər müayinədən keçib ki, bunların da 33 nəfərinə eynək reseptləri yazılıb, 15 nəfərə isə müalicə təyin olunub.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol