• $
  • €
  • ₽
  • ₺
  • £

​Dünya Bankı Azərbaycana daha 50 mln. dollar ayırır

​Dünya Bankı Azərbaycana daha 50 mln. dollar ayırır
01.04.2016 18:36
Azərbaycana gələn Dünya Bankının (WB) missiyası aprelin 4-dən etibarən Bakıda hökumət nümayəndələri ilə müzakirələrə başlayacaq.
 
"Report”un əldə etdiyi məlumata görə, müzakirələr gələn həftə ərzində davam edəcək.

Məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının gücləndirilməsi layihəsi çərçivəsində ayrılacaq əlavə maliyyələşdirmənin məbləği 50 mln. ABŞ dolları təşkil edəcək.

Məlumata görə, layihənin Dünya Bankı tərəfindən rəhbəri, Bankın sosial inkişaf üzrə mütəxəssisi Mişel Rebosionun (Michelle Rebosio) başçılıq edəcəyi nümayəndə heyəti layihə ilə bağlı son detalları müzakirə etmək və müqaviləni imzalamaq üçün Bakıya gəlir.

Bakıya gələ bilməyən Dünya Bankının bəzi ekspertləri görüşə Vaşinqtondan video-konfrans vasitəsilə qoşulacaq.

Azərbaycan tərəfindən müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, 2011-ci ildə layihənin ilk mərhələsi üçün də Dünya Bankı tərəfindən 50 mln. dollar kredit ayrılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol