• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertlər ​Doha neft sammitinə ümid bəsləyirlər

Ekspertlər ​Doha neft sammitinə ümid bəsləyirlər
06.04.2016 13:07
Mərkəzi Parisdə yerləşən "Kepler Cheuvreux" investisiya şirkəti son günlər maliyyə bazarlarında neft hasilatçısı ölkələrinin Doha sammitinin nəticələri ilə bağlı yaranan pessimist əhval-ruhiyyəyə baxmayaraq, öz optimist mövqeyini qoruyub saxlayır.

 "Report" xəbər verir ki, şirkətin neft-qaz sektoru araşdırmaları sahəsinə rəhbərlik edən Bertran Xodinin fikrincə, İranın sammitdə iştirakı olmadan görüşdə razılaşma əldə edilmə şansı 60%-ə yaxındır. Belə olduğu halda, "Kepler Cheuvreux" neft bazarının 2017-ci ilin II rübünə qədər tarazlıq əldə edəcəyini, neft qiymətlərinin yaxın 12 ayda 50 dollar/barelə qədər artacağını ehtimal edir. 

B.Xodi qeyd edib ki, İranda görüşdə iştirak edərsə, neft bazarında disbalans bu ilin son rübündə aradan qalxa bilər. Lakin şirkət bu ehtimalın 15% olduğunu bildirib. Görüşdən heç bir müsbət nəticənin əldə edilə bilməməsi ehtimalı isə 25% müəyyən edilib ki, belə olduğu halda neft qiymətlərinin 30 dollar/barelə qədər geriləməsi qaçınılmazdır.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti dünən, aprelin 5-də ABŞ-da xam neft ehtiyatlarının 4,3 mln. barel azaldığı açıqlandıqdan sonra 37,27 dollar/bareldən 38,55 dollar barelə, yəni 3,4% artıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol