• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital İnvestisiya şirkəti yenə liderdir

Unicapital İnvestisiya  şirkəti  yenə liderdir
08.04.2016 17:05
"Unicapital İnvestisiya  şirkəti” Açıq Səhmdar Cəmiyyəti  dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, artıq iki aydır davamlı olaraq investisiya şirkətlərinin renkinqinə başçılıq edir. 
 
Mart ayının nəticələrinə görə də, Unicapital İnvestisiya  şirkəti bazarın ən çox xidmət göstərən  şirkətidir.  Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, mart ayında şirkətin  müştərilərə göstərdiyi xidmətinin həcmi 35 mln. manatı ötüb.

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində  Unicapital İnvestisiya Şirkəti  istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.  İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.
 
Hazırda  Unicapital İnvestisiya Şirkətinin  nizamnamə kapitalı 300.000 manat təşkil edir.
 
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  Bankın saytından  (www.unibank.az) əldə etmək olar.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol