• $
  • €
  • ₽
  • ₺
  • £

B.Çobanzadə küçəsinin bir hissəsində təmir başa çatdı

B.Çobanzadə küçəsinin bir hissəsində təmir başa çatdı
09.04.2016 16:47
Azərbaycan prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, ötən il olduğu kimi 2016-cı ildə də uzun müddətdir ki, təmir olunmayan küçələrin yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə vermək "Azəravtoyol” ASC-nin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
 
"Azəravtoyol”dan "APA-Economics”ə verilən məlumata görə, bu dəfə Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsinin təmiri işləri aparılıb. Sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir.
 
Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Ümumilikdə 2 qat olmaqla 11 min kvadratmetr sahə asfaltlanıb. Küçə boyu 1600 p/m yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.
 
Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə sözügedən hissədə 3 xüsusi "cib”li dayanacaq tikilib. "Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir.
 
"Azəravtoyol”un rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
 
Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol