• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək

Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək
12.04.2016 15:26
İyunun 1-4-də "Baku Expo Center"də Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas 2016”) sərgi-konfransı keçiriləcək.

 Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. Bu barədə məlumat "Report"a tədbirin əsas təşkilatçısı olan "ITE Group”dan verilib. 

Sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, "Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyalar, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcək. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək. Hər il "Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir.

Tədbirin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və "Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə "Bos Shelf” şirkəti çıxış edir. Digər sponsorlar arasında "Azeri M-I Drilling”, "AZFEN J.V.”, "Caspian Marine Services”, "Global Energy”, "SOCAR Polymer”, "Tekfen Construction” şirkətləri var.
İyunun 2-3-də Bakıda keçiriləcək ənənəvi beynəlxalq "Caspian Oil & Gas” konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təchizatında Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq. Konfransda 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir. 50 nəfərdən çox natiq, o cümlədən dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri və iri neft-qaz şirkətlərinin rəhbərləri ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində əsas məsələlərlə bağlı məruzələrlə çıxış edəcəklər. Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün peşəkar mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. İclas çərçivəsində mütəxəssislər kadr hazırlığı və sosial məsuliyyət xüsusunda bazar iştirakçılarının öhdəliklərini, eləcə də istedad axtarışı sistemləri, təlim proqramları və əməkdaşların daha da məhsuldar olmalarına kömək edən digər texnologiyaların işlənib hazırlanmasını, məhsuldarlığın qiymətləndirməsi sistemlərini, kadr ehtiyatının formalaşdırılmasını və digər məsələləri müzakirə edəcəklər. Konfransın baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində BP, "General Electrics” və "Snam”, gümüş sponsor qismində "Inpex”, bürünc sponsorları qismində isə "Caspian Geophysical”, "Dentons”, "Nobel Oil Upstream”, "SAP”, "Schlumberger”, "Statoil”, "Total” şirkətləri çıxış edir. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Sərgi və konfransın təşkilatçıları qismində "ITE Group” və onun tərəfdaşı "Iteca Caspian” şirkətləri çıxış edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol