• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik sahibkarlara müraciət etdi

Nazirlik sahibkarlara müraciət etdi
15.04.2016 10:00
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2-3 ulduzlu hotel tikmək istəyən sahibkarlara müraciət edib.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 2, 3 ulduzlu hotellər olsa da, onların sayı istənilən səviyyədə deyil.

M.Qəhrəmanov deyib ki, Azərbaycanda bazarın tənzimlənməsi, qiymətlərin aşağı düşməsinə gətirib çıxara biləcək qədər 2-3 ulduzlu hotellər yoxdur: "Buna görə də sahibkarlara da müraciət etmişik ki, kimin 2-3 ulduzlu hotellərlə bağlı layihəsi varsa, bizə müraciət etsin. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən bu layihələr dəstəklənəcək. Çünki ölkə rəhbərliyi də bu məsələdə öz dəstəyini artıq nümayiş etdirib".

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, ölkədə 2, 3 ulduzlu hotellər çox az olduğundan ölkəyə gələn aztəmninatlı qonaqlar daha çox evlərdə qalırlar: "Turistlərin çoxu ucuz başa gəlsin deyə, evlərdə qalmağa üstünlük verirlər. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir".

Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə verdiyi açıqlamasında ölkəyə istər gəlmə, istərsə də daxili turizmin həcminin artması üçün 2 və 3 ulduzlu ekonom yerləşdirmə obyektlərinin sayının artırılmasına ehtiyac olduğunu deyib.

Nazir müavini əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "iki", "üç" ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparır.

N.Səmədov deyib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu hotellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər: "Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya 4-5 ulduzlu hotellərlə müqayisədə daha tez geri qaytarılır. Ona görə də az ulduzlu hotellərin tikintisi sahəsində çalışmaq lazımdır".
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol