• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq neft konfransı keçirilir

Bakıda beynəlxalq neft konfransı keçirilir
25.04.2016 11:15
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi, Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın "Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan SOCAR "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” 4-günlük beynəlxalq paktiki konfrans başlayıb.

"Report" xəbər verir ki, konfransa 19 ölkədən 70 nəfər mütəxəssis və ekspert, Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı qatılıb. 
Bugünkü plenar iclasda dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edirlər.

Konfrans işini 9 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək. "Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, "Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, "Enerji daşıyıcıları ilə təminat üçün logistika koridorlarının vəziyyəti və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, "Regionun qaz bazarı”, "Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, "Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, "Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, "Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, "Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Konfrans çərçivəsində xarici mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

Konfransın açışılında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft staretgiyasını uğurla təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndləri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol