• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əhalisi yenidən nağd dollar alışını artırıb

Azərbaycan əhalisi yenidən nağd dollar alışını artırıb
16.05.2016 14:48
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin mart ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 46,606 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, fevral ayında ilk dəfə dollar alışı göstəricisi satış əməliyyatlarını üstələsə də, martda yenidən əhaliyə satış üstünlük təşkil edib. Qeyd edək ki, ötən ilin analoji dövründə banklar 913,009 mln. dolların xalis satışını həyata keçirib. Ümumiyyətlə, bu ilin ilk üç ayında banklar 79,156 mln. dollar həcmində nağd valyuta kütləsi satıb. Mart ayı ərzində dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 529,495 mln. dollar təşkil edib. Bu, fevral ayı göstəricisindən 266,968 mln. dollar və ya 33,5% azdır.

"Report"un analitik qrupu qeyd edir ki, nağd xarici valyutanın xalis alışının yaranması ölkədə iqtisadi canlanmanın bir qədər bərpa olunması fonunda idxal əməliyyatlarının artması və əhalinin vəsaitlərini manata çevirməsi prosesinin bitdiyini göstərir.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Mərkəzi Bankın valyuta ehtiyatlarının 2014-cü ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il mayın 1-nə 11 072,8 mln. dollar və ya 72,9% azalaraq 4 120,6 mln. dollara qədər azalmasına səbəb olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol