• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyilə tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsi olan “Enactus” keçirildi

“Nar”ın dəstəyilə tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsi olan “Enactus” keçirildi
31.05.2016 15:27
Qaliblər Azərbaycanı Kanadada keçirilən dünya finalında təmsil edəcək.

27 may 2016-cü il tarixində "Bizim sahibkarlıq fəaliyyətimiz” (Enterpreunial. Action. Us. – Enactus) beynəlxalq proqramı üzrə XI Milli yarış start götürdü. "Nar”ın dəstəyi ilə keçirilmiş ikigünlük yarışda iştirak edən 5 komanda 14 layihə ilə çıxış etdi. Milli final mərhələsində qalib gələn Dövlət İdarəçilik Akademiyasının "Enactus” komandası bu il sentyabrın 27-29-da, Torontoda (Kanada) keçiriləcək dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazandı.

"Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir.

Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi "Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir.

Qeyd edək ki, "Nar” sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq gənclərin inkişafına yönələn elm və təhsil layihələrinə davamlı dəstəyini göstərir. Məhz bu səbəbdən "Nar” ölkədə bilik müsabiqələrinin keçirilməsinə xüsusi diqqət ayırır.

"Nar”ın sosial məsuliyyət strategiyası barədə məlumatları nar.az səhifəsindən əldə edə bilərsiniz.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol