• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”dan uşaqlara bayram töhfəsi

“Nar”dan uşaqlara bayram töhfəsi
01.06.2016 16:56
Mobil operator 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə məktəblilər üçün liderlik təlimləri təşkil etdi

1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə "Nar” tərəfindən azyaşlılarda liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan interaktiv təlim sessiyası keçirilib. 80-dən artıq məktəblinin iştirak etdiyi birgünlük təlimlər üç istiqamət üzrə aparılıb.

"Liderlik və sosiallaşma bacarıqlarının artırılması” layihəsi, "Sosial media marketinq təlimləri” və Yüksək Texnologiyalar Parkında təşkil edilən "Texnologiya biliklərinin inkişaf etdirilməsi” mövzusundakı təlimlərin əsas məqsədi yuxarı sinif şagirdləri olan məktəblilərin liderlik xüsusiyyətləri, ünsiyyət bacarıqlarının artırılması, böhran və gərginlik zamanı davranış qaydaları barədə ətraflı məlumatla təmin edilmələri olub. Təlimlər uşaqlar arasında populyar olan sosial şəbəkələr, sosial səhifələrdə hesabın açılması və idarə edilməsi, məktəbin sosial səhifələrindəki fəallıq, ən son mobil və informasiya texnologiyaları, innovasiyalar, Azərbaycandakı mobil texnologiya trendləri, müasir texnologiyaların məktəb təhsilinə verdiyi töhfə və digər məsələləri əhatə edib.

"Nar” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən təlimlərin sonunda hər bir iştirakçıya mobil operator adından hədiyyə təqdim edilib. Qeyd edək ki, "Nar” təhsil sahəsi və gələcək nəslin inkişaf perspektivlərini KSM strategiyasının mühüm istiqaməti olaraq qiymətləndirir.

"Nar” KMS strategiyası haqqında daha ətraflı məlumatla mobil operatorun internet səhifəsində tanış ola bilərsiniz: nar.az






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol