• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial evlərin tikintisinə başlandı - VİDEO

Sosial evlərin tikintisinə başlandı - VİDEO
11.06.2016 09:24
Ölkənin 5 şəhərində torpaq sahələri seçilib.

Ölkədə gəlir səviyyəsi orta və aşağı olan  vətəndaşlar üçün  mənzillərin tikilməsi  prosesinə start verilib. Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi  xüsusən də gənclər və gənc ailələrin sosial mənzillə təmin edilməsi üçün çoxmənzilli  binaların tikintisi məqsədilə işlərə başlayıb. Artıq paytaxtın bir sıra rayonlarnıda və regionlarda torpaq sahələrinə baxış keçirilib.

Ölkədə sosial mənzillərin tikilməsi üçün indiyədək Bakının Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə  ilkin qiymətləndirilməsi həyata keçirilib. Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. Onun sözlərinə görə, paytaxtla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara da baxış keçirilib.  Torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək.

İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri ekonom klass kateqoriyasına uyğun olaraq çox böyük olmayacaq. Bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır.  

Samir Nuriyev qeyd edib ki,  Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir.
 
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol