Daha 3 kəndə qaz verildi

Bu gün Goranboy və Cəlilabad rayonlarının daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətləri və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Goranboy rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 337 abonenti olan Xınalı və Qaradağlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29 628 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Cəlilabad rayonunun 19 abonentlik Məşədivəlli kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar baş tutan mərasimdə vuğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 1264 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















