• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Taxıl Fondu fermerlərə müraciət etdi

Dövlət Taxıl Fondu fermerlərə müraciət etdi
21.06.2016 15:53
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu yüksək keyfiyyətli buğdanın tədarükü ilə bağlı fermerlərə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov jurnalistlərə bildirib.

O deyib ki, fond ölkə üzrə 15 qəbul məntəqəsində, "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru” və digər elevatorlarda buğda qəbulu həyata keçirir: "Biz bu il qəbul məntəqələrində Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakını məqsədəuyğun hesab etmişik. Məntəqələr elə seçilib ki, ölkənin bütün regionları əhatə olunsun və fermerlər məhsulu uzaq məsafəyə daşımadan təhvil verə bilsin”.

Z.Məmmədov fermerlərdən yalnız yüksək keyfiyyətli buğda tədarük edildiyini bildirib: "Bəzən istehsalçılar yanlış olaraq taxıl biçilən kimi bu məhsulu gətirib təhvil verirlər. Yaxşı olar ki, fermerlər İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditə olunmuş laboratoriyalara müraciət etsinlər və analız nəticələri Nazirlər Kabinetinin qərarına uyğundursa, qəbul məntəqələrinə gətirib təhvil versinlər. Laboratoriyalarda məhsulun keyfiyyətinin yoxlanılması ödənişsizdir".

O əlavə edib ki, bəzən fonda təklif olunan buğdaların keyfiyyət göstəriciləri Nazirlər Kabinetinin təsdiq etdiyi keyfiyyət göstəricilərinə uyğun gəlmir: "Çünki bəzi hallarda fermerlər baha satmaq üçün məhsulu müəyyən müddət saxlamağa çalışır. İdeal saxlanma şəraiti olmadığına görə məhsullara xəstəlik düşür və məhsul yararsız olur".

Z.Məmmədov qeyd edib ki, yerli buğda istehsalçılarından alınacaq buğdanın qiyməti 1 ton üçün 250 manat müəyyən edilib: "Fermerlərdən yüksək keyfiyyətli buğda həm qonşu ölkələrdən, həm də yerli bazardakı qiymətdən 20-30 manata baha alınır. Bu da yerli fermerlərin taxıl istehsalına marağını artırmaq və yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol