• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidməti: Dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

Dövlət Xidməti: Dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir
21.06.2016 19:05
Bir sıra kütləvi informasiya vasitələrində Qubanın dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması və heyvanlar arasında tələfatın olması barədə məlumat verilib. 

Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) bildirilib.

2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hal-hazırda epizootik vəziyyət sabitdir. 

Kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar xidmətin mütəxəssisləri Quba rayonunun Buduq kəndinə ezam olunub, orada araşdırmalar aparılıb. Təxminən beş gün öncə ölmüş 1 baş iribuynuzlu heyvan baytarlıq-sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilib və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə olunmaq üçün gətirilib.

Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcək.  

Kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilib və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilib. Hal-hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur.

Respublikada olduğu kimi, Quba rayonunun Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilib və əhali arasında maarifləndirmə işi aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa, vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın. 

Xidmət bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol