• $
  • €
  • ₽
  • ₺
  • £

Ulduzum endirimləri indi Türkiyədə!

Ulduzum endirimləri indi Türkiyədə!
24.06.2016 13:16
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə "Ulduzum” endirimlərinin indidən etibarən Türkiyədə istifadə edilə bildiyini elan edir.

Ulduzum proqramının beynəlxalq tərəfdaşlar siyahısında ilk olan AVİS avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edir. "Bakcell”in Ulduzum üzvləri Türkiyədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.

Ulduzum proqramının Türkiyədəki ikinci tərəfdaşı Türkiyənin məşhur brendi hesab edilən BEYMEN mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən Ulduzum abunəçilərinə BEYMEN mağazalar şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. BEYMEN mağazalarından Beymen Club, Beymen Blender, Tod's, Dior, Dolce&Gabbana, Bottega Veneta, Moschino, Christian Louboutin, Jimmy Choo, Etro, Balenciaga, Dsquared2, Chloe və digər brend markaların mallarını xüsusi Ulduzum endirimi ilə əldə etmək olar.

1,9 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bakcell abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol