• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın taleyi ilə bağlı PROQNOZ

Manatın taleyi ilə bağlı PROQNOZ
28.06.2016 11:48
Valyuta bazarımızda dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var. 

Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır. İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20%-i ödənilir. 

Deməli, dollara almaq üçün verilən sifarışın böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir.

Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur. Hələlik Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görsənmir.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov öz "Facebook” səhifəsində yazıb. 

"Bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq.

Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fondun il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. 

Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq. Sadəcə, mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda dollar valyuta bazarımızda möhkəmlənməkdə davam edəcək.

Hal-hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. Top dolların meydançasındadır və dollar bazarda dominatlığını qoruyub saxlamaqda davam edəcək.

Deməli, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək”, - deyə ekspert əlavə edib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hazırda USD/AZN rəsmi məzənnəsi 1,5332 səviyyəsində müəyyən olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol