• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Yusifov: Hər kəs qılıncını sıyırıb əlavə dəyər vergisinin üzərinə yürüməsin

Fikrət Yusifov: Hər kəs qılıncını sıyırıb əlavə dəyər vergisinin üzərinə yürüməsin
28.06.2016 21:00
Son aylar istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və sahibləri sanki bir-birləri ilə razılaşdırılmış şəkildə ƏDV-dən azad olunmaq üçün müraciətlər edirlər.
 
Bu müraciətlərin arxasında dayanan həqiqətlər nədən ibarətdir? Doğrudanmı bütün problemlər ƏDV ilə bağlıdır? Əgər müraciət edən tərəflərin bütün problemləri ƏDV ilə bağlıdırsa, onda onlar nə üçün məhz son aylar  belə aktivləşiblər? Axı bu müəssisələrin hər biri indi azad olmaq istədikləri ƏDV-ni illərlədir ki, problemsiz ödəyirdilər. Deməli məsələnin başqa tərəfləri var. Sadəcə baş verən iqtisadi böhran hər kəsə öz təsirini göstərdiyi kimi, bu sahələrə də təsirsiz ötüşməyib və nəticə etibarilə onların rentabelliyi aşağı düşüb, gəlirləri azalıb. Bu səbəbdən də indi hər kəs öz itkilərini bərpa etmək yollarının axtarışındadır. Məsələn, iri supermarket sahibləri insanlara normal xidmət göstərmək, əhaliyə satdıqları malların, məhsulların qiymət və keyfiyət göstəricilərinə görə bir biri ilə rəqabət aparmaq əvəzinə,  öz aralarında razılaşaraq daha asan yol – ƏDV-dən azad olmaq üçün hökumətə müraciət yolunu seçiblər. Başqa bir misal. Azərbaycan Dəmir Yolları QSC –də dəmir yolunun ƏDV-dən azad olunmasını israrla tələb edir. 

Əlavə dəyər vergisi necə müəyyən edilir, onu hansı hallarda ləğv etmək mümkündür və bu təşəbbüs kimə məxsus olmalıdır? ƏDV Dövlət büdcəsinin əsas gəlirlərindən biridir və onun hansı sahələrdən necə alınmasını hökumət bu verginin ödəyicilərinin sifarişi və ya xahişi ilə deyil, özünün vergi siyasəti ilə müəyyən edir. Vergi Məcəlləsində ƏDV-dən azad olmalar və onun "0” dərəcə ilə tətbiqinə dair böyük bir siyahı var. Hökumət hər bir müəssisənin, sahənin vergi yükünü müəyyən edərkən, bütün reallıqları nəzərə alır və zərurət olduğu hallarda öz qərarlarında müvafiq dəyişiklikləri aparır. Bu səbəbdən vergi ödəyicilərinin yaranmış böhran şəraitində mətbuat vasitəsilə hökumətə "bizi ƏDV-dən azad etməsəniz müflüs olarıq, iş yerləri bağlanar və s.” kimi lozunq xarakterli çağrışlarla təziq etməsinə ehtiyac yoxdur. Təəssüf ki, bəzi mətbu orqanlar belə "vasitəçi” missiyasını öz üzərinə götürüb, hökumətə bu çağrışı edənlərin səsinə səs verirlər. Bütün hallarda gəlin unutmayaq ki, vergi yükünün çəkisini bu vergiləri müəyyən edən  tərəf onun ödəyicilərindən daha yaxşı bilir. Dövlət heç vaxt istəməz ki, vergi yükünü həddindən artıq ağır edib müəssisəni iflic vəziyyətə salsın. Ona bu lazım deyil. Əksinə, dövlət öz vergi siyasətilə istehsalın və xidmətlərin həcminin artırılmasında maraqlıdır. Çünkü belə olduğu halda onun büdcəsi də daha çox gəlir əldə edə bilir.  Bu səbəbdən də ƏDV-nin taleyinin müəssisə və ya sahə rəhbərliyinin baxışları və ya tələbi ilə müəyyən olunması mümkün deyil. Əgər bu baş verərsə, onda hər kəs inansın ki, büdcə indiki gəlirlərinin heç 1/10-ni də ala bilməz. 

Ümumiyyətlə supermarket sahiblərinin və Dəmir Yolları QSC-nin rəhbərliynin ƏDV-dən azad olunmaqla bağlı təklifləri nə dərəcədə əsaslı ola bilər?
Mətbuat səhifələrində supermarket rəhbərlərinin müraciətinə münasibət bildirmişik. Onların müraciətinin əsası yoxdur desək bu hələ çox azdır. Əksinə bu müraciətdən sonra Vergilər Nazirliyinin xətti ilə supermarketlərin real ticarət dövriyyələrinin həcmini müəyyən etməyə yöməlmiş xronometrajlarla bəlli olub ki, onlar öz dövriyyələrini vergidən 10 dəfələrlə gizlədərək fəaliyyət göstərirlər. Burada birmənalı şəkildə vergidən gizlədilən dövriyyə  qanunla müəyyən olunmuş  şəkildə vergiyə cəlb edilməlidir. Bununla da bütün suallara cavab tapılacaq. Dəmir yollarına gəldikdə isə orada xidmətlərin ƏDV-dən azad edilməsi belə problemin axıra qədər həlli demək olmayacaq. Dəmir Yolları QSC bu gün dövlətdən müxtəlif formalarda dotasiyalar almaqla yaşayır. Bu sahədəki problemin həllinin yeganə düzgün yolu, bu təşkilatı   sistemli şəkildə özəlləşdirməkdən keçir.  Dünyanın qabaqcıl ölkələrinin bu sahədə çox yaxşı təcrübələri var. Bu təcrübələri öyrənib Dəmir Yolları QSC-nin özəlləşdirilməsinə başlamaq lazımdır. Ölkə Prezidentinin Dövlət Əmlakının özəlləşdirilməsinə dair bu ilin may ayının 19-da imzaladığı fərman bunun üçün geniş meydan açır. Ümumiyyətlə bu Fərmana uyğun olaraq təbii monopolist olan başqa sahələrin də özəlləşdirilməsinə start verməyin vaxtı çatıb. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin ən ümdə tələblərindən biri normal rəqabət mühütinin olmasıdır. Bizdə bu gün dəmir yolu xidməti, su, qaz, yanacaq satışı sahəsində isə bu rəqabət yoxdur. Həmən sahələrin özəlləşdirilməsinə başlamaq artıq zamanın tələbinə çevrilib. 

Fikrət Yusifov 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol