• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan daha bir yenilik

Unibankdan daha bir yenilik
29.06.2016 11:48
İndi Unibank-ın fasebook istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər.

 Bunun üçün sizi maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur. Sadəcə Unibank facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istədiyiniz məhsul və ya xidmətin qısa adını yazırsınız, dərhal o məhsulla bağlı cavab sizə gəlir. Məsələn #kredit, #depozit yazaraq, ən qısa müddətdə Unibankın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz.

Unibankın facebook səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.

Hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla, bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavab ala bilər. Bir müddət əvvəl bankın səhifəsi Facebook tərəfindən də müştəriyönümlü kimi qiymətləndirilmişdi. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də "Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol