• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının daha bir prospektində təmir işləri aparılır

Bakının daha bir prospektində təmir işləri aparılır
29.06.2016 17:02
Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri aparılır. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2 850 metrlik hissəsində aparılır. Burada 4 hərəkət zolaqlı olmaqla, yolun hərəkət hissəsinin eni təqribən 24 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində prospektin Ş.Mirzəyev və Rüstəm Rüstəmov küçələri ("Neftçilər" metro stansiyası) arasında yerləşən uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.
Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanması üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq asfaltlanır, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa, R.Rüstəmov küçəsi ilə kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.

Ümumilikdə prospekt boyunca təqribən 15 min poqon-metrə yaxın yeni səki daşının düzülməsi və 90 min kv. metrdən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərini quraşdırılması nəzərdə tutulub.

Bu işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol