• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan nümayəndə heyəti aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə etdi

Azərbaycan nümayəndə heyəti aparıcı aviatikinti şirkətləri ilə mühüm razılaşmalar əldə etdi
13.07.2016 11:16
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonunda iştirak edib.

Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.

"Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunmuşdur. Eyni zamanda görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.

Həmin gün "Ukrayna aviatikinti şirkəti" Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin Prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda Аn-178 nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib.

Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. 

Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni МС-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışdırlar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.

Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan Аn-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalayıb. Cahangir Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) Prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni Silk Way Holdingin Prezidenti Zaur Axundov və "İlyuşin Finans Ko." şirkətinin Baş Direktoru Aleksandr Rubtsov imzalayıb.

"Аn-124-100 (Ruslan) təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk", - Cahangir Əsgərov bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol