• $
  • €
  • ₽
  • ₺
  • £

“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə çıxarılır

“Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə çıxarılır
13.07.2016 20:04

Azərbaycan prezidenti İlham Əliyev metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

ANN.Az-ın məlumatına görə, Azərbaycan Polad İstehsalı Kompleksinin daxilində olan "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edili və bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, "Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsini təmin etsin, investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görsün.

Müəyyən edilib ki, sərəncamda göstərilən səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə "Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılmasını təmin etsin.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol