• $
  • €
  • ₽
  • ₺
  • £

Anqola nümayənədə heyəti SOCAR-da olub

Anqola nümayənədə heyəti SOCAR-da olub
21.07.2016 20:25
İyulun 21-də SOCAR-ın prezindeti Rövnəq Abdullayev Anqolanın "Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul edib.

Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev onlara SOCAR-ın inkişaf tarixi, statusu, əsas fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Səmimi qonaqpərvərlik və qəbul üçün təşəkkürünü bildirən Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu) təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. 

O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının tanınmaz dərəcədə dəyişib gözəlləşdiyini, əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Azərbaycanda təhsil almış kadrların Anqola neft-qaz sənayesinə mühüm töhfə verdiyini diqqətə çatdıran qonaq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat vermiş, yataqların kəşfiyyatı, işlənməsi, hasilatı və digər fəaliyyət növləri üzrə Anqola daxilində, habelə xaricdə - Meksika körfəzi, Kuba, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik və digər ölkələrdə həyata keçirdikləri layihələr barədə təqdimat keçirib. Qonaqlar Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib, bunu öz şirkətlərinin strateji inkişafı üçün mühüm hesab etdiklərini vurğulayıblar. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda beynəlxalq şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, əlverişli investisiya şəraitinin mövcud olduğunu qeyd edərək, SOCAR-ın bir sıra regional və qlobal miqyaslı layihələr çərçivəsində dünyanın aparıcı neft-qaz şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın Azərbaycanın iqtisadi maraqlarına uğurla xidmət etdiyini bildirib. SOCAR prezidenti Anqola şirkəti ilə əməkdaşlıq perspektivlərinin ölkələr arasında münasibətlərin inkişafına böyük töhfə verə biləcəyini deyib. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da maraqlı fikir mübadiləsi aparılıb. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol