• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan arpa ixracına başlayıb

Azərbaycan arpa ixracına başlayıb
27.07.2016 16:36
 Bu il Azərbaycan ilk dəfə olaraq arpa məhsulunun ixracını reallaşdırıb. 

Cari ilin birinci rübündə İran və İraqın Azərbaycanda istehsal olunan bir çox yerli məhsulların, eləcə də arpa məhsulunun satışı üçün əlverişli bazar olduğu müəyyənləşib. Nəticədə, bu ilin ilk 6 ayında bu ölkələrə 9 137,5 ton arpa məhsulu ixrac olunub.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev bildirib.

Onun sözlərinə görə, iyul ayında ixracı reallaşdırılan arpa məhsulunun həcmi 4 327,3 ton təşkil edib. Belə ki, xarici ölkələrə ixrac edilən arpa məhsulunun 3 115,6 tonu yemlik, 10 349,2 tonu isə ərzaqlıq arpa məhsuludur.

"2016-cı ildə də Azərbaycanda kənd təsərrüfatının inkişafı, ölkədə istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksədilməsi, ölkənin ixrac potensialının artırılması qarşıya qoyulan məqsədlərdən biridir. Əsasən də, ölkədə yetişdirilən taxıl məhsulları, eləcə də yem məhsullarının ixracı üçün yeni bazarların axtarılması vacib məsələlərdən biridir", - deyə C.Quliyev əlavə edib.

Xidmət rəisi deyib ki, Azərbaycanın bitkiçilik məhsullarının ixracı üçün yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol