• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Mobile-dan yeni imkanlar

Unibank Mobile-dan yeni imkanlar
29.07.2016 15:32
Unibank, müştərilərinin istəyi ilə mobil bankinq xidmətində xeyli yeniliklər edib. İndi Unibank Mobile xidmətində əsas ekran daha rahat və xidmətlərə seçim imkanlı olub.

 Unibank Mobile-dan istifadə edən hər kəs, öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər. Bu, müştərinin bank xidmətinə birbaşa çıxışını təmin etməklə yanaşı, vaxtına da xeyli qənaət edir.

Unibank Mobile-da edilən digər dəyişikliklərə görə, indi siz Unibank-da krediti olan ailə üzvünüzün, dostunuzun kreditini öz telefonunuzdanca ödəyə bilərsiniz. Bunun üçün "Ödənişlər” bölümündə yeni "Kredit ödə” bölümü yaradılıb. Kreditini ödəmək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin PIN kodunu və müqavilə nömrəsini yazaraq, hesabınızdan onun kreditini ödəyə bilərsiniz.

Daha bir yenilik isə Unibank Mobile-a daxil olduğunuz parolu dəyişmək imkanının yaradılmasıdır. Bunun üçün menyudan "Ayarlar” bölümünə daxil olub şifrəni dəyişə bilərsiniz.

Son yenilənmələrdən sonra indi Unibank Mobile-da əsas ekranın yüklənməsi, eləcə də əməliyyatlar daha sürətli olub.

Unibank müştərilərinin digər istəklərini də reallaşdırmaq üçün Mobil bankinq xidmətini davamlı olaraq təkmilləşdirməkdə davam edəcək.

Unibank Mobile bank xidmətlərindən banka getmədən elə telefonunuzdaca istifadə imkanı yaratmaqla, istifadəçilərinə böyük hədiyyələr də qazandırır. Bankın Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.

Lotereyada oynanılan hədiyyələr:

-İphone 6S 16 GB Space Grey – 2 ədəd

-Dinamik Bose SoundLink Mini Bluetooth II – 2 ədəd

-100 manatlıq Albukart – 5 ədəd

-50 manatlıq Albukart – 15 ədəd

Oktyabrın 12-dək davam edəcək lotereyanın 24 qalibi olacaq. Unibank Mobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.

Lotereya müddətində Unibank Mobile əlavəsini yükləyərək 12 iyul -12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər də böyük hədiyyələr qazanmaq şansı əldə edəcəklər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol