Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırılıb
![Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırılıb Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırılıb](https://anews.az/photo/850x500/2016-08/1470039502_3703602f449a57de5ed26e9557bf72ed.jpg)
Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırılıb.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Transneft" şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Dyomin deyib.
O bildirib ki, buna İsmayıllı rayonu ərazisində 6,5 bal gücündə baş verən zəlzələ səbəb olub.
"Hazırda hadisənin kəmərin fəaliyyətinə təsiri araşdırılır", - deyə o qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər