• $
  • €
  • ₽
  • ₺
  • £

​Neftin ucuzlaşması davam edir

​Neftin ucuzlaşması davam edir
01.08.2016 17:18
 Dünya bazarında neftin qiyməti İranın neft naziri Bican Namdar Zəngənenin açıqlamaları ilə geriləməyə başlayıb. 

"Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə əsasən, neft nazirinin İran dövlət telekanalına verdiyi açıqlamasına görə, neft bazarında təklif tələbi ötüb: "Lakin tələb və təklifin tarazlanmasına nail olunması gözləntiləri mövcuddur".

Xatırladaq ki, "Reuters"in son tədqiqatları onu göstərib ki, OPEC üzvlərinin neft hasilatı iyulda tarixi maksimuma çatacaq. Belə ki, Agentliyin araşdırmalarına əsasən, iyunda orta hesabla gündəlik 33,31 mln. barel olan hasilatın iyulda 33,41 mln. barelə çatması proqnozlaşdırılır.

Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti avqustun 1-də 43,85 dollar/bareldən 2,2% azalaraq 42,87 dollar/barelə geriləyib. Ümumiyyətlə, ABŞ neft ehtiyatlarının artması və bu ölkədə şist neft hasil edən aktiv neftqazma quyularının sayının çoxalması fonunda qiymətlər iyunun 9-dan etibarən azalmağa başlayıb. Belə ki, "Brent" markalı neft son yüksəliş trendini 52,86 dollar/barel səviyyəsində tamamladıqdan sonra iyulun 29-da bu səviyyədən 21% azalaraq 41,80 dollar/barelə qədər geriləyib. Buna baxmayaraq, hazırda "Brent"in qiyməti ilin əvvəlinə nisbətən hələ də 13% yuxarıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol