• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin daha 12% ucuzlaşması gözlənilir

Neftin daha 12% ucuzlaşması gözlənilir
03.08.2016 13:35
Ekspertlər: Neft qiymətlərinin azalma trendindən çıxması çətin olacaq

Dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir. 

"Report"un analitik qrupu hesab edir ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda texniki dəstək səviyyəsi olan 42 dollara yaxındır. Bu qiymət investorlar üçün cəlbedici olmasa, "Brent"in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq. 

Qeyd edək ki, neft bazarında hazırda mövcud olan amillər qiymətlərin daha da aşağı düşəcəyini göstərir. Belə ki, ABŞ-da aktiv neftqazma quyularının sayının ardıcıl 5 həftə artması, Səudiyyə Ərəbistanının Asiya bazarlarında endirimli neft satmağa başlaması, İran, Liviya, İraqın neft hasilatı və ixracını artırması neftin qiymətinə mənfi təzyiq göstərir. İnvestorların bu gün ABŞ-da Energetika Nazirliyinin açıqlayacağı neft və neft məhsulları ehtiyatlarının həftəlik dəyişiklik göstəricilərini gördükdən sonra qiymətlərin istiqamətini müəyyən edəcəkləri gözlənilir.
Xatırladaq ki, dünən Amerika Neft İnstitutu həftəlik neft ehtiyatlarında baş verən dəyişiklikləri açıqlayıb. Hesabata görə, ABŞ-da neft ehtiyatları iyulun 22-29-da investorların proqnozlarına uyğun olaraq 1,34 mln. barel azalıb.

Hollandiyanın "ABN Amro" bankının energetika məsələləri üzrə baş iqtisadçısı Hans van Klif (Hans van Cleef) "Reuters" agentliyinə verdiyi açıqlamasında bildirib ki, neft bazarı təklif bolluğu ilə qarşılaşdığı üçün yaxın zamanlarda "ayı trendinin" (azalma) dəyişməsi imkanları çətin görünür.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol